“Araz-Naxçıvan” Türkiyədə sonuncu yoxlama matçını keçirəcək

Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışını davam etdirən “Araz-Naxçıvan” bu gün sonuncu yoxlama matçını keçirəcək. SİA xəbər verir ki, komanda Türkiyə Superliqasının aparıcı klublarından "Trabzonspor"la qarşılşacaq.

Görüş Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

“Araz-Naxçıvan” daha əvvəl “Bayburtspor”u 14 cavabsız qolla üstələyib, “Alanyaspor”la qolsuz heç-heçə edib, "Konyaspora" məğlub olub - 1:2.

Qeyd edək ki, Elmar Baxşıyevin baş məşqçisi olduğu kollektiv UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Aris"lə (Yunanıstan) üz-üzə gələcək. Komandalar arasında ilk görüş iyulun 24-də Bakıda, cavab matçı isə 31-də Salonikidə baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə