Bu gün Avropa Liqasında ilk təsnifat mərhələsinin cavab oyunları keçiriləcək. SİA xəbər verir ki, Azərbaycan kubokunun qalibi “Sabah” da bu turnirdə növbəti oyununa çıxacaq.
Paytaxt təmsilçisi səfərdə Sloveniyanın “Selye” komandası ilə üz-üzə gələcək. Masazırda keçirilmiş ilk oyunda 2:3 hesabıyla uduzmuş Valdas Dambrauskasın komandası revanş almağa və mərhələ keçməyə çalışacaq.
Qarşılaşmanı Bolqarıstandan olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Draqomir Draqanov olacaq.
Avropa Liqası
1-ci təsnifat mərhələsi, cavab oyunu
17 iyul
22:00. “Selye” – “Sabah”
Hakimlər: Draqomir Draqanov, Hristo Haciyski, Krasimir Atanasov, Martin Jivkov Velikov (Bolqarıstan).
“Selye Arena”.
Bütün xəbərlər Facebook səhifəmizdə