Ümumdünya Yay Universiadasının açılış mərasimi keçirilib - YENİLƏNİB

Almaniyanın Reyn-Rur regionunda təşkil olunan 32-ci Ümumdünya Yay Universiadasının (FİSU) açılış mərasimi keçirilib. SİA xəbər verir ki, Duysburqdakı "Şauinsland-Rayzen-Arena"da reallaşan tədbir atəşfəşanlıqla başlayıb. Ardınca iştirakçı ölkələri təmsil edən seçilmiş idmançıların doğma dillərində səsləndirdikləri idman şüarlarının yer aldığı videoçarx nümayiş etdirilib.

Şimali Reyn və Vestfaliya regionunun baş naziri Hendrik Vüst çıxış edərək idmançılara uğurlar arzulayıb.

Daha sonra iştirakçı ölkələrin paradı olub. Azərbaycan nümayəndə heyəti paraddan altıncı keçib. Komandamızın bayraqdarları bədii gimnast Ləman Əlimuradova və taekvondoçu Eltac Qafarov olublar.

Paraddan sonra dünyaya sülh mesajları verilib. Stadionun üzərində sülh rəmzi olan ağ göyərçin maketi dövrə vurub, havaya ürək formalı bəyaz şarlar buraxılıb.

Ardınca FİSU prezidenti Leonz Eder yarışın önəmindən bəhs edib, idmanın bütün insanları birləşdirən ən önəmli amillərdən biri olduğunu vurğulayıb.

Tədbir bədii hissə ilə davam edib. Açılış mərasiminə atəşfəşanlıqla yekun vurulub.

Qeyd edək ki, Berlin, Boxum, Essen, Duysburq, Mülhaym və Hagen şəhərlərinin ev sahibliyi etdiyi Universiadada Azərbaycan 12 idman növü üzrə 71 idmançı ilə təmsil olunur.

Atletika

Novruz Əsədli

Fəridə Rzayeva

Səkinə Hacızadə

Avarçəkmə

Ziya Məmmədzadə

Nurlan Paşayev

Lev Dobriantsev

Murad Sadıxov

Badminton

Həcər Nuriyeva

Aqil Qabilov

Nigar Səmədova

Murad Şabanzadə

Bədii gimnastika

Güllü Ağalarzadə

Darya Sorokina

Ləman Əlimuradova

Kamilla Əliyeva

Yelizaveta Luzan

İlona Zeynalova

Kamilla Seyidzadə

Cüdo

Könul Əliyeva (48 kiloqram)

Aydan Vəliyeva (52 kiloqram)

Fidan Əlizadə (57 kiloqram)

Aytac Qardaşxanlı (70 kiloqram)

Nərmin Əmirli (78 kiloqram)

Nigar Süleymanova (+78 kiloqram)

Babarahim Mirzəyev (60 kiloqram)

Nazir Talıbov (66 kiloqram)

Nəriman Mirzəyev (73 kiloqram)

Mehdi Abbasov (81 kiloqram)

Elcan Hacıyev (90 kiloqram)

Davud Namazlı (100 kiloqram)

Ramazan Əhmədov (+100 kiloqram)

Qılıncoynatma

Maqsud Hüseynli

Saleh Məmmədov

Murad Əkbərov

Nazilə Rəhimova

Aynur Quliyeva

Xədicə Həsənli

Stolüstü tennis

Xədicə Əbilzadə

Nigar Mahmudova

Səbinə Məmmədova

Zemfira Mikayılova

Amin Oruczadə

Nihad Səmədzadə

Tural Mirzəyev

Taekvondo

Səlimə Quliyeva (46 kiloqram)

Samarrux Osmanova (49 kiloqram)

Məryəm Məmmədova (53 kiloqram)

Leyla Bəşirova (57 kiloqram)

Nərgiz Kazımova (62 kiloqram)

Xıdır Məmmədov (54 kiloqram)

Rahid Vəliyev (58 kiloqram)

Fuad Təhməzov (63 kiloqram)

Vaqif Hacıyev (68 kiloqram)

Nicat İsmayılzadə (74 kiloqram)

Taleh Suleymanov (80 kiloqram)

Eltac Qafarov (87 kiloqram)

Həmidreza Badrialiabadi (+87 kiloqram)

Tennis

Kənan Qasimov

Elvin Həşimov

Çimərlik voleybolu

Səbinə Əlizadə

Fidan Əhmədxanova

Nəriman Bayramlı

Ayxan Abdullayev

Kamandan oxatma

Fatimə Hüseynli

Məhəmmədəli Əliyev

Üzgüçülük

Ramil Vəlizadə

Abdurrəhman Rüstəmov

Səid Həmidov

Rəşad Alquliyev

Nihad Yusibov

Fatimə Alkərəmova

Qeyd edək ki, Ümumdünya Yay Universiadasına iyulun 27-də yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə