UFC tarixində ilk dəfə Qətərdə turnir keçirəcək. SİA xəbər verir ki, bu barədə təşkilatın rəsmi saytı məlumat yayıb. “UFC Fight Night” tədbiri noyabrın 22-də Dohadakı ABHA arenasında baş tutacaq.
UFC-nin prezidenti Dana Uayt jurnalistlərə açıqlamasında turnir barədə bunları deyib: “Biz hər yerdə olacağıq. Uzun müddətdir Əbu-Dabidəyik və indi sərhədlərimizi genişləndiririk. Qətərlə bir neçə ildir işləyirdik və nəhayət, uğur qazandıq. UFC artıq Əbu-Dabinin ayrılmaz hissəsinə çevrilib. Hesab edirəm ki, onlar Əbu-Dabidəki uğuru, sonra isə Səudiyyə Ərəbistanı və Azərbaycandakı genişlənməni izləyirdilər. Mən çoxdan Qətərə getmək istəyirdim və bu hadisəni səbirsizliklə gözləyirəm”.
Qeyd edək ki, UFC bu açıqlama ilə bərabər, Qətərin turizm qurumu “Visit Qatar” ilə tərəfdaşlıq müqaviləsi imzaladığını da bəyan edib. Bu saziş ölkədə UFC tədbirlərinin keçirilməsini əhatə edir.
Bütün xəbərlər Facebook səhifəmizdə