Xorvatiyada yerli "Hayduk" və "Zirə" komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununu italiyalı hakim idarə edəcək. SİA-nın məlumatına görə, FIFA referisi Luka Payrettoya Cüzeppe Perrotti və Xaled Bahri kömək göstərəcəklər.
Dördüncü hakim funksiyasını Paride Tremolada yerinə yetirəcək.
Qeyd edək ki, oyun iyulun 31-də, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Tərəflər arasında ilk görüş iyulun 23-də Bakıda baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə