"Zirə"nin Konfrans Liqasındakı oyununu italiyalı hakim idarə edəcək

9 İyul 2025 14:05 (UTC+04:00)

Xorvatiyada yerli "Hayduk" və "Zirə" komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununu italiyalı hakim idarə edəcək. SİA-nın məlumatına görə, FIFA referisi Luka Payrettoya Cüzeppe Perrotti və Xaled Bahri kömək göstərəcəklər.

Dördüncü hakim funksiyasını Paride Tremolada yerinə yetirəcək.

Qeyd edək ki, oyun iyulun 31-də, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Tərəflər arasında ilk görüş iyulun 23-də Bakıda baş tutacaq.