Türkiyənin “Fənərbağça” komandası üç futbolçusu ilə yeni müqavilə imzalayıb. SİA klubun rəsmi saytına istinadən xəbər verir ki, müdafiəçi Ceyden Ostervolde daha üç il İstanbul nəhənginin formasını geyinəcək.
Sağ cinah müdafiəçisi Yiğit Efe Dəmir və qapıçı Ərtuğrul Çətin ilə sözləşmələrin müddəti isə 2029-cu ilə qədər uzadılıb.
Gənc qolkiper I Liqa təmsilçisi “Erokspor”a 1 illik icarəyə verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə