"Fənərbaxça” Səudiyyə Ərəbistanı klubu “Əl-Nəsr”də çıxış edən Con Duranın transferini açıqlayıb. SİA xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, futbolçu icarə əsasında 1 illik transfer olunub.
Qeyd edək ki, Con Duran bu ilin əvvəlində İngiltərənin “Aston Villa” klubundan Səudiyyə klubuna transfer olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə