"Bavariya” Tomas Müllerlə vidalaşıb. Münhen komandası bundan əvvəl klublararası dünya çempionatının 1/4 finalında PSJ-yə uduzaraq (0:2) turnirdəki iştirakını başa vurmuşdu. “Bavariya”dan azad agent kimi ayrılan Müller klubda 756-cı və son matçını keçirib. SİA xəbər verir ki, “Bavariya” sosial şəbəkədə Müllerlə vidalaşaraq, yarımmüdafiəçinin klubla qazandığı bütün kuboklarla birlikdə fotosunu, eləcə də bütün karyerası ilə bağlı statistik məlumatları dərc edib. “Tomas Müller. 13 qat Almaniya çempionu. 6 dəfə Almaniya kubokunun qalibi. 2 dəfə Çempionlar Liqasının və Klublararası dünya çempionatının qalibi. 8 Almaniya Superkuboku. 2 dəfə UEFA Superkuboku. Hamıdan fərqli bir karyera. Sənin qarşında baş əyirik, Tomas!” – Bayern-in bəyanatında deyilir.
Bütün xəbərlər Facebook səhifəmizdə