Dünya Kuboku: Azərbaycanın üç boksçusu bürünc medal qazanıb

Qazaxıstanın paytaxtı Astanada keçirilən boks üzrə Dünya Kubokunda yarımfinal döyüşləri başa çatıb.

SİA xəbər verir ki, Azərbaycan millisinin bu mərhələdə 3 boksçusu mübarizə aparıb.

Sübhan Mamedov (50 kiloqram), Məhəmmədəli Qasımzadə (60 kiloqram) və Məhəmməd Abdullayev (+90 kiloqram) bürünc medala yiyələniblər.

Qeyd edək ki, sabah yekunlaşacaq Dünya Kubokuna 30 ölkədən 300-dək boksçu qatılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə