Türkiyə Superliqasında 2025-2026-cı illər mövsümünün püşkatma mərasimi keçirilib. SİA xəbər verir ki, ölkənin 4 böyük klubu – “Qalatasaray”, “Fənərbağça”, “Beşiktaş” və “Trabzonspor”un ilk turda üz-üzə gələcəyi rəqiblər müəyyənləşib.
“Qalatasaray” “Qaziantep”lə, “Beşiktaş” “Kayserispor”la, “Fənərbağça” “Alanyaspor”la, “Trabzonspor” isə “Kocaelispor”la üz-üzə gələcək.
Püşkatmada derbi tarixləri də bəlli olub.
V tur: “Fənərbağça” – “Trabzonspor”
VIII tur: “Beşiktaş” – “Qalatasaray”
XI tur: “Beşiktaş” – “Fənərbağça”, “Qalatasaray” – “Trabzonspor”
XIV tur: “Fənərbağça” – “Qalatasaray”
XVI tur: “Trabzonspor” – “Beşiktaş”
Qeyd edək ki, Superliqada yeni mövsümə avqustun 8-də start veriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə