Boks üzrə kadetlərdən ibarət Azərbaycan millisi Özbəkistanda təlim-məşq toplanışına başlayıb. SİA Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, hazırlıq 15 gün davam edəcək.
Boksçular Buxarada yerli komanda ilə birgə məşq edib, sınaq döyüşləri keçirəcəklər.
Qeyd edək ki, toplanış Avropa birinciliyinə hazırlıq xarakteri daşıyır.
Bütün xəbərlər Facebook səhifəmizdə