Azərbaycan güləşçisi Avropa çempionatının finalına yüksəlib

Azərbaycan güləşçisi Avropa çempionatının finalına yüksəlib

İtaliyanın Kaorle şəhərində U20 Avropa çempionatı davam edir.

SİA xəbər verir ki, yarışın üçüncü günündə qadın güləşi üzrə mübarizəyə start verilib.

Bu gün Azərbaycanın 1 təmsilçisi xalçaya çıxıb. Günay Qurbanova (59 kiloqram) çətinlik çəkmədən finala yüksəlib. Bu il reytinq turnirinin və U23 Avropa çempionatının qalibi olan istedadlı güləşçi almaniyalı Fransiska Blaumeyserə (10:0), ukraynalı Mariya Miziurkoya (tuş) və belaruslu Marta Hetmanavaya (11:0) vaxtından əvvəl qalib gəlib. Günay sabah həlledici görüşdə türkiyəli Sevim Akbaşla qarşılaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə