“Qarabağ”ın əvəzedici komandasına
"Qarabağ"ın əvəzedici komandasının yeni baş məşqçisi müəyyənləşib.
SİA klubun rəsmi saytına istinadən xəbər verir ki, bu vəzifə Maksim Medvedevə tapşırılıb.
Futbolçu karyerasını bütünlüklə “Qarabağ”a həsr edən 35 yaşlı mütəxəssis son bir ili U-14 komandasının məşqçisi kimi keçirib.
Qeyd edək ki, “Qarabağ” akademiyasının yetirməsi olan Maksim Medvedev 2006-2024-cü illərdə əsas komandanın formasını geyinib. O, “Qarabağ”ın heyətində ən çox oyun keçirən futbolçudur.
Bütün xəbərlər Facebook səhifəmizdə