Xorvatiya futbolunun canlı əfsanələrindən biri, ötən mövsümü “Hayduk” komandasında keçirən İvan Rakitiç UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Zirə”yə qarşı oynamayacaq. SİA xəbər verir ki, buna səbəb ulduz futbolçunun peşəkar karyerasını başa vurmasıdır.
Lakin 37 yaşında futbolla vidalaşan Rakitiç Split təmsilçisindən ayrılmayacaq. Karyerası ərzində İsveçrədə “Bazel”, Almaniyada “Şalke”, İspaniyada isə “Sevilya” və “Barselona” kimi komandalarda çıxış etmiş futbolçu bundan sonra “Hayduk”da idman direktorunun köməkçisi vəzifəsində çalışacaq.
Qeyd edək ki, "Zirə" "Hayduk"la ilk oyunu iyulun 23-də evdə, cavab matçına isə iyulun 31-də səfərdə keçirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə