AFFA liqalarda iştirak etmək istəyən komandaların qeydiyyat mərhələsinə başlayıb
Bu gündən etibarən AFFA-nın təşkil etdiyi U-8, U-9, U-10, U-11, U-12, U-13, U-14, U-15, U-16, U-17 və Gənclər Liqasının 2025/2026 mövsümündə iştirak etmək istəyən komandaların qeydiyyat mərhələsinə start verilir. SİA xəbər verir ki, bu barədə milli assosiasiyanın rəsmi saytı məlumat yayıb.
Çempionatlara qoşulmaq istəyən kollektivlər üçün qeydiyyat prosesi avqustun 10-da, saat 14:00-da başa çatacaq. Liqalarda iştirak etmək və qeydiyyatdan keçmək istəyənlər [email protected] elektron ünvanına müraciət etməlidirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə