Azərbaycan Bilyard Federasiyasının, eləcə də Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Pool Nine Ball” üzrə Bakı şəhər çempionatına yekun vurulub. SİA xəbər verir ki, yüksək səviyyədə təşkil olunan yarışda peşəkar oyunçular güclərini sınayıblar.
Kişilər arasında Murad Fəttayev qızıl, Elnur Nuriyev gümüş, Ruslan Əmiraslanov ilə Orxan Rzayev isə bürünc medal qazanıblar.
Qadınların yarışında Mina Nəsirova birinci, Zəhra Abbasova ikinci, Valeriya Konkina və Zəminə Yolçuzadə isə üçüncü yerləri tutublar.
Bütün xəbərlər Facebook səhifəmizdə