"Formula 1": 2026-cı ildəki Azərbaycan Qran-prisinin vaxtı dəyişdirilib

2026-cı ildə keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran-prisinin vaxtı dəyişdirilib. SİA xəbər verir ki, bu barədə "Formula 1"in mətbuat xidməti məlumat yayıb. Bakıdakı mərhələ sentyabrın 24-26-sı aralığında təşkil olunacaq. Qurum daha əvvəl yarışın sentyabrın 25-27-si aralığında gerçəkləşəcəyini açıqlamışdı.

Qeyd edək ki, bu il Azərbaycan Qran-prisi sentyabrın 19-da start götürəcək və 3 gün davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə