Braziliya klubu baş məşqçisi ilə yolları ayırıb

Braziliyanın "Botafoqo" klubu baş məşqçisi Renato Payva ilə yolları ayırıb. SİA xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Mütəxəssis klublararsı dünya çempionatının 1/8 finalında Braziliya A Seriyasının digər təmsilçisi "Palmeyras"a məğlubiyyətdən sonra postunu tərk edib.

Qeyd edək ki, R.Payva 2025-ci ilin fevralından komandanı çalışdırırdı. O, daha öncə Ekvadorun "İndependyente", Meksikanın "Leon" və "Toluka", həmçinin Braziliya təmsilçisi "Baya"da baş məşqçi kimi fəaliyyət göstərib.

Bütün xəbərlər Facebook səhifəmizdə