Fransanın məşhur klubunun yeni prezidenti qadın olub

Fransanın "Lion" futbol klubunun yeni prezidenti müəyyənləşib. SİA xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Koreyaəsilli qadın iş adamı Mişel Kanq bu vəzifəni yerinə yetirəcək. O, bu postda Con Tekstoru əvəzləyib. Kanq "Lion" tarixində ilk qadın prezident olub.

Qeyd edək ki, yeddiqat ölkə çempionu olan "Lion" maliyyə problemlərinə görə Liqa-2-yə göndərilib. Klub bu qərarla razılaşmadığı üçün apellyasiya şikayəti verib. Komanda ötən mövsüm Liqa 1-də 6-cı yeri tutub və Avropa Liqasına vəsiqə qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə