Azərbaycanın voleybol hakimi dünya çempionatına təyinat alıb

Azərbaycanın beynəlxalq dərəcəli voleybol hakimi Eldar Zülfüqarov dünya çempionatına təyinat alıb. Bu barədə SİA-ya Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

E.Zülfüqarov iyulun 2-də Serbiya və Xorvatiyada start götürəcək 19 yaşadək (U-19) qızların dünya çempionatının oyunlarını idarə edəcək.

24 ölkə yığmasının mübarizə aparacağı yarışda qalib iyulun 13-də bəlli olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə