“Kəpəz” daha üç futbolçu ilə yollarını ayırıb. Klubdan SİA-ya verilən məlumata görə, müqavilələri başa çatan Turan Manafov, Nicat Süleymanov və Camal Cəfərov komandanı tərk ediblər.
Müdafiəçi olan Manafov ötən mövsüm 28 çempionat matçında meydana çıxıb və 2 qol vurub, 2 assistlə yadda qalıb. Turandan fərqli, "Kəpəz"də ikinci mövsümünü keçirmiş Nicat Süleymanov 20 oyunda 1 qola imza atıb. Yarımmüdafiəçi 2022-2023-cü illər mövsümdə Gəncə təmsilçisinin heyətində 28 görüşdə 2 dəfə fərqlənib. İcarə əsasında çıxış etmiş Camal Cəfərov da "Kəpəz"də ikinci mövsümünü keçirib. Orta xətt oyunçusu son çempionatda 31 qarşılaşmada 2 qolla yadda qalıb. Bundan əvvəlki mövsümdə Cəfərov "sarı-göylər"lə 11 oyuna çıxıb.
Qeyd edək ki, “Kəpəz” daha əvvəl 8 futbolçu ilə əməkdaşlığa son qoyub.
Bütün xəbərlər Facebook səhifəmizdə