Azərbaycan millisi "Airom Cup" beynəlxalq turnirində bürünc medalların sahibi olub

Azərbaycan millisi "Airom Cup" beynəlxalq turnirində bürünc medalların sahibi olub

Azərbaycanın 16 yaşadək oğlan basketbolçulardan ibarət millisi Qazaxıstanda keçirilən "Airom Cup" beynəlxalq turnirində bürünc medalların sahibi olub.

Bu barədə SİA-ya Basketbol Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Erhan Tokerin rəhbərlik etdiyi komanda yarışı 3 qələbə, bir məğlubiyyətlə başa vurub.

"Barsy Atırau"ya məğlub olan (54:72) yığma, "Auyl Sport" (60:33), "Keepers" (71:16) və "Kutaisi" (58:51) komandaları ilə matçlarda qələbə qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə