Azərbaycanın 16 yaşadək oğlan basketbolçulardan ibarət millisi Qazaxıstanda keçirilən "Airom Cup" beynəlxalq turnirində bürünc medalların sahibi olub.
Bu barədə SİA-ya Basketbol Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Erhan Tokerin rəhbərlik etdiyi komanda yarışı 3 qələbə, bir məğlubiyyətlə başa vurub.
"Barsy Atırau"ya məğlub olan (54:72) yığma, "Auyl Sport" (60:33), "Keepers" (71:16) və "Kutaisi" (58:51) komandaları ilə matçlarda qələbə qazanıb.