“İmişli” klubu portuqaliyalı baş məşqçi ilə müqavilə imzalayıb

Yeni mövsümdən Misli Premyer Liqasında çıxış edəcək “İmişli” komandası yeni baş məşqçisini açıqlayıb. Klubdan SİA-ya bildirilib ki, bu vəzifəyə Xorxe Kaskilya gətirilib. Portuqaliyalı mütəxəssislə 1 illik müqavilə imzalanıb.

Onunla birgə çalışacaq məşqçi heyəti də müəyyənləşib. Kriştianu Duraeş və Qilyerme Kadete köməkçi məşqçi, Elşad Tahirov qapıçılar, Ulian Qoqa isə fiziki hazırlıq üzrə məşqçi olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə