Yeni mövsümdən Misli Premyer Liqasında çıxış edəcək “İmişli” komandası yeni baş məşqçisini açıqlayıb. Klubdan SİA-ya bildirilib ki, bu vəzifəyə Xorxe Kaskilya gətirilib. Portuqaliyalı mütəxəssislə 1 illik müqavilə imzalanıb.
Onunla birgə çalışacaq məşqçi heyəti də müəyyənləşib. Kriştianu Duraeş və Qilyerme Kadete köməkçi məşqçi, Elşad Tahirov qapıçılar, Ulian Qoqa isə fiziki hazırlıq üzrə məşqçi olacaq.