UFC gecəsində döyüşəcək Azərbaycan idmançıları ilə görüş keçirilib

Gənclər və idman naziri Fərid Qayıbov Bakıda keçiriləcək UFC gecəsində döyüşəcək Azərbaycan idmançıları – Rafael Fiziyev, Nazim Sadıxov və Tofiq Musayev ilə görüşüb.

SİA xəbər verir ki, nazir iyunun 21-də keçiriləcək döyüşlərdə idmançılarımıza uğurlar arzulayıb. Onlar isə öz növbəsində yarışlara hazırlıqları barədə məlumat veriblər.

Xatırladaq ki, iyunun 21-də Azərbaycanda ilk dəfə UFC döyüş gecəsi keçiriləcək. Bütün dünyanın diqqət mərkəzində olacaq tədbirdə ölkəmizi 3 idmançı - Rafael Fiziyev, Nazim Sadıxov və Tofiq Musayev təmsil edəcəklər. Bu həm də Tofiqin UFC-də debütü olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə