"Sabah" komandası futbolçusu Con İrasabal ilə yollarını ayırıb.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, klubdan verilən məlumata görə, ispaniyalı müdafiəçi ilə mövsümün sonunda başa çatan müqavilənin müddəti yenilənməyib.
Qeyd edək ki, 2022-ci ildən “Sabah”ın formasını geyinən C.İrasabal bu komandanın heyətində 98 oyunda meydana çıxıb, 6 qola imza atıb. O, Bakı klubu ilə birlikdə Azərbaycan Kubokunu, Premyer Liqada isə gümüş və bürünc medalları qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə