“Qəbələ”nin futbol klubunun yay hazırlıq planı bəlli olub. Bölgə təmsilçisinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, komanda iyunun 30-da Qəbələdə toplanışa.
Hazırlıq prosesinin ilk mərhələsi 14 gün davam edəcək.
Bu müddət ərzində 2 yoxlama oyunu planlaşdırılıb. Hazırlıq matçları iyunun 6-sı və 14-ü baş tutacaq. İkinci yoxlama oyunu “Şamaxı”ya qarşı keçiriləcək.
Təlim məşq toplanışının ikinci mərhələsinə iyunun 14-də start veriləcək. Avqustun 8-dək Qəbələdə davam edəcək hazırlıq dövründə daha 5 oyun keçirilməsi planlaşdırılır. Rəqiblər və matçların vaxtı hələlik məlum deyil.
Bütün xəbərlər Facebook səhifəmizdə