Avropa Liqası: Bu gün "Sabah"ın rəqibi bəlli olacaq

Bu gün UEFA Avropa Liqasında I təsnifat mərhələsinin püşkü atılacaq. SİA xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbirdə Azərbaycan təmsilçisi “Sabah”ın da rəqibi müəyyənləşəcək. Mərasim Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Püşkatmada səpələnməmişlər səbətində yer alan Bakı klubunun potensial rəqibləri “Şaxtyor” (Donetsk, Ukrayna), “Legiya” (Polşa), “Partizan” (Serbiya), “Şerif” (Moldova), ÇFR (Rumıniya), “Hapoel” (Beer-Şeva, İsrail), “Tselye” (Sloveniya), “Spartak” (Trnava, Slovakiya) komandalarıdır.

Qeyd edək ki, “Sabah” I təsnifat mərhələsində ilk matçına iyulun 10-da, cavab qarşılaşmasına isə bir həftə sonra çıxacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə