NBA: “Oklahoma-Siti Tander” final seriyasında önə keçib

Milli Basketbol Assosiasiyasında (NBA) final seriyasının beşinci oyunu keçirilib. SİA xəbər verir ki, “İndiana Peysers” və “Oklahoma-Siti Tander” komandaları üz-üzə gəlib. Matç Oklahoma təmsilçisinin 120:109 hesablı qələbəsi ilə yekunlaşıb.

Bununla da “Oklahoma-Siti Tander” seriyada 3:2 hesabı ilə önə keçib.

Qeyd edək ki, növbəti görüş iyunun 20-də təşkil olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə