Rafael Fiziyev "Qarabağ" klubunun bazasında olub

Bakıda ilk dəfə keçiriləcək “UFC Fight Night: Hill vs. Rountree Jr.” turniri ərəfəsində “Qarabağ” futbol klubunun stadionunda azərbaycanlı idmançı Rafael Fiziyev Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov və futbolçusu Bəhlul Mustafazadə ilə bir araya gəlib.

SİA xəbər verir ki, Bakı Şəhər Halqasından verilən məlumata görə, Rafael Fiziyev klubun bazasına gəlib, Qurban Qurbanovla görüşüb. Baş məşqçi döyüşçünü stadionla tanış edib. Q.Qurbanov azərbaycanlı döyüşçüyə 11 nömrəli formanı hədiyyə edib. R.Fiziyev isə öz növbəsində mütəxəssisə UFC-nin rəsmi əlcəklərini bağışlayıb.

Daha sonra Rafael Fiziyev və Bəhlul Mustafazadə məşhur "tirə zərbə" oyununda qüvvələrini sınayıblar. Ardınca Fiziyev Bəhlula bir neçə zərbə texnikasını nümayiş etdirib.

Qeyd edək ki, 47,3 milyon izləyicisi olan UFC-nin rəsmi instaqram səhifəsində tədbirdən foto və videolar paylaşılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə