Azərbaycanın voleybol millisi bu gün növbəti matçına çıxacaq

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Qızıl Avropa Liqasında növbəti oyununu keçirəcək. SİA-nın məlumatına görə, yığma Xorvatiyada Rumıniya ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 18:30-da start götürəcək.

Qeyd edək ki, Faiq Qarayevin baş məşqçisi olduğu kollektiv daha əvvəl Macarıstan, Sloveniya və Slovakiyaya 0:3, Monteneqro və Xorvatiyaya isə 1:3 hesabı ilə uduzub.

Bütün xəbərlər Facebook səhifəmizdə