“Sabah” klubunun futbolçusu Türkiyədə əməliyyat olunub

“Sabah” komandasının yarımmüdafiəçisi Seymur Məmmədov əməliyyat olunub. Klubun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, futbolçu ikitərəfli qasıq yırtığı diaqnozu ilə Türkiyədəki klinikalardan birində cərrahi müdaxilə keçirib.

Əməliyyatın uğurlu alındığı bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə