Azərbaycanın 3 cüdoçusu mübarizəyə başlayır

Bu gün Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə böyüklər arasında dünya çempionatına start veriləcək. SİA xəbər verir ki, ilk yarış günündə Azərbaycanın üç cüdoçusu mübarizə aparacaq.

Əhməd Yusifov (60 kq) 1/16 finalda yaponiyalı Ryuju Naqayama ilə üz-üzə gələcək.

Leyla Əliyeva (48 kq) 1/32 finalda türkmənistanlı Kurbanay Kurbanova ilə qarşılaşacaq.

1/32 finaldan başlayacaq Könül Əliyeva (48 kq) isə ABŞ təmsilçisi Mariya Seliya Labordeni məğlub etməyə çalışacaq.

Qeyd edək ki, mundialda Azərbaycanı 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) fərdi yarışlarda təmsil edəcək. Yığmamız həmçinin qarışıq komanda yarışında mübarizə aparacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə