Azərbaycan tarixində ilk dəfə cüdo hakimi dünya çempionatına təyinat alıb

Azərbaycan tarixində ilk dəfə cüdo hakimi dünya çempionatına təyinat alıb

Cüdo tarixində ilk dəfə azərbaycanlı hakim böyüklər arasında dünya çempionatına dəvət alıb. Bu barədə SİA-ya Azərbaycan Cüdo Federasiyasının (ACF) mətbuat xidmətindən məlumat verilib.

Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək mundialda ACF-nin hakimlər heyətinin üzvü, A kateqoriyalı beynəlxalq dərəcəli referi Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alacaq.

Qeyd edək ki, dünya çempionatı 13-20 iyun aralığında baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə