Almaniyanın "Bavariya" klubu İspaniya təmsilçisi "Atletik"də çıxış edən Niko Uilyamsla danışıqlara başlayıb. SİA "Sky Sport Germany" nəşrinə istinadən xəbər verir ki, danışıqları Münhen təmsilçisinin idman direktorları Maks Eberl və Kristof Froyd aparırlar.
İspaniya millisinin üzvü Almaniya nəhənginə keçməyə qarşı deyil. 22 yaşlı vingerin agentləri onun maaşla bağlı tələblərini təqdim ediblər. Bu da təxminən 20 milyon avro təşkil edir. La Liqa təmsilçisi isə Uilyamsın transferindən 60-65 milyon avro qazanmaq niyyətindədir.
Qeyd edək ki, Niko Uilyamsın "Atletik"lə hazırkı müqaviləsinin müddəti 2027-ci ilin yayınadək qüvvədədir.
Bütün xəbərlər Facebook səhifəmizdə