"Real” ulduz futbolçunu bu tarixdə təqdim edəcək

"Real” yeni transferi, müdafiəçi Trent Aleksander-Arnoldu iyunun 12-də təqdim edəcək. SİA xəbər verir ki, bu barədə klubunun mətbuat xidməti məlumat yayıb. Tədbir “Real Madrid Siti”də baş tutacaq və Bakı vaxtı ilə saat 14:30-da başlayacaq.

Qeyd edək ki, ingiltərəli futbolçu Madrid klubuna “Liverpul”dan transfer olunub. Onun “Real”la müqaviləsi 2031-ci ilin yayına qədər qüvvədədir. Trent Aleksander-Arnold ABŞ-da keçiriləcək klublararası dünya çempionatında çıxış edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə