"Qızıl top”un təmsilçiləri “Super qızıl top” mükafatını dirçəltmək istəyirlər. SİA xəbər verir ki, təmsilçilər bu gün onu kimin ala biləcəyi ilə maraqlanıblar. “Heç birinə bənzəməyən “Qızıl top”. 1989-cu ildə bir oyunçu heç kimin almadığı kuboka layiq görüldü: “Super qızıl top”. Mükafat bu gün yenidən verilsəydi, kim buna layiq olardı?” Bu barədə mükafatın “X” sosial şəbəkəsindəki rəsmi hesabında deyilir. “Super qızıl top” bir dəfə 1989-cu il dekabrın 24-də son üç onilliyin ən yaxşı futbolçusuna verilib. Mükafatı səsvermədə Yohan Kroyff və Mişel Platinini qabaqlayan hücumçu Alfredo Di Stefano alıb. 2024-cü ildə bir neçə nəşr “France Football”un 2029-cu ildə ikinci dəfə “Super Ballon d’Or” mükafatlandırma mərasimini keçirməyi planlaşdırdığını bildirmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə