Azərbaycan I Liqasında mayın ən yaxşı qolunun müəllifinə mükafat təqdim olunub

Azərbaycan I Liqasında "Ayın qolu" layihəsi çərçivəsində "Karvan" klubunun futbolçusu Ezekiel Morqan mükafatlandırılıb. SİA xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Mayın ən yaxşı qolunun müəllifinə mükafatı AFFA-nın inzibati binasında PFL-in Media şöbəsinin rəisi Müzəffər Müzəffərli təqdim edib.

Bütün xəbərlər Facebook səhifəmizdə