Basketbol millisi Belarusa yollanıb

18 yaşadək qız basketbolçulardan ibarət Azərbaycan millisi Belarusun paytaxtı Minskə yola düşüb. Bu barədə SİA-ya Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Evren Alkayanın baş məşqçisi olduğu kollektiv burada təlim-məşq toplanışı keçəcək.

Komanda toplanışda taktiki, texniki və fiziki çalışmalarla yanaşı, bir sıra yoxlama oyunları da keçirəcək. Hazırlıq prosesinə iyunun 19-da yekun vurulacaq.

Qeyd edək ki, Minsk təlim-məşq toplanışında əsas məqsəd iyulun 4-13-ü aralığında Litavın Alitus və Vilnüs şəhərlərində baş tutacaq Avropa çempionatının B divizionunun oyunlarına hazırlaşmaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə