"Qarabağ" klubu dünya reytinqində irəliləyib

"Qarabağ" klubu Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı dünya reytinqində beş pillə irəliləyib. SİA qurumun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan çempionu 144,75 xalla 119-cu sıradadır.

"Zirə" (95,75 xal) 233-cü mövqedən 232-yə qalxıb. "Sabah" komandası 50 pillə irəliləyib. Ölkə kubokunun qalibi 76 xalla 317-ci olub.

"Araz-Naxçıvan" isə 61,25 xalla 446-cıdır. Naxçıvan təmsilçisi əvvəlki reytinqdə 454-cü idi.

Qeyd edək ki, birinci pillədə İspaniya təmsilçisi "Real" (470 xal) qərarlaşıb. "Barselona" (434 xal) ikinci, İtaliyanın "İnter" klubu (419) üçüncüdür.

Bütün xəbərlər Facebook səhifəmizdə