"Mançester Siti” yeni transferini açıqladı

"Mançester Siti” yeni transferini açıqladı

Mançester Siti” Lion “Olimpik”inin hücumçusu Rayan Şerkini transfer edib. SİA xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

21 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. Transferin dəyəri 36,5 milyon avrodur. Əlavə olaraq, 6 milyon avro bonus şəklində ödənilə bilər. Həmçinin Fransa klubu futbolçunun növbəti transferindən 15 faiz pay alacaq. Fransa millisinin üzvü ötən mövsüm Liqa 1-də 30 oyun keçirib, 8 qol vurub və 11 məhsuldar ötürmə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə