Azərbaycan millisi yoldaşlıq oyununda Macarıstana məğlub olub

Azərbaycan milli komandası təlim-məşq toplanışı çərçivəsində ikinci yoldaşlıq görüşünü keçirib.

SİA xəbər verir ki, yığma komandamız Macarıstanla qarşılaşıb. “Liv Bona Dea Arena”da təşkil olunan oyun rəqibin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Macarların heyətində Bernabaş Varqa ilə Dominik Soboslai fərqləniblər. Millinin yeganə qoluna isə Renat Dadaşov imza atıb.

Matçı belaruslu baş hakim Viktor Şimusikin idarə edib.

Qeyd edək ki, Fernandu Santuşun rəhbərlik etdiyi milli iyunun 7-də Riqada Latviya ilə qolsuz heç-heçə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə