Azərbaycan millilərinin Avropa çempionatının birinci mərhələsindəki rəqibləri bəlli olub
17 və 19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandalarının 2025/2026 mövsümü üzrə Avropa çempionatının birinci mərhələsindəki rəqibləri bəlli olub. SİA AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, B Liqasının 1-ci qrupunda yer alan U-17 Uels, Kosovo və Moldova yığmaları ilə mübarizə aparacaq.
B Liqasının 5-ci qrupunda qərarlaşan U-19 isə Sloveniya, Şimali Makedoniya və Gürcüstan seçmələri ilə qarşılaşacaq.
Oyunlar bu ilin payızında keçiriləcək. Turnirin təşkil olunacağı ölkələr və tarixlərlə bağlı daha sonra məlumat veriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB