Portuqaliya millisi UEFA Millətlər Liqasının qalibi olub

2024/25-ci illər mövsümündə UEFA Millətlər Liqasının qalibi müəyyənləşib. SİA xəbər verir ki, İspaniya ilə final matçında Portuqaliya millisi iki dəfə hesabda geri düşsə də, bərabərliyə nail olub və sonra penaltilər seriyasında qalib gəlib.

Komandasını ikinci qolunu vuran Kriştiano Ronaldo 88-ci dəqiqədə əvəzlənib. Alvaro Morata isə penaltilər seriyasında fərqlənməyərək komandasının məğlubiyyətinə səbəb olub.

Beləliklə, Portuqaliya komandası tarixində 2-ci dəfə UEFA Millətlər Liqasının qalibi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə