Almaniyanın "Borussiya Dortmund" komandası yeni futbolçu ilə anlaşıb.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, Bundesliqa klubu İngiltərə "Sanderlend"inin üzvü Cobe Bellingemin transferini rəsmiləşdirəcək.
Qarşı tərəfə 27,8 milyon funt sterlinq ödənəcək. Bu, Premyer Liqa təmsilçisi üçün rekord məbləğ olacaq.
"Sanderlend" 19 yaşlı yarımmüdafiəçinin növbəti satışından 15 faiz əldə edəcək.
Qeyd edək ki, Bellingem qardaşlarının digəri Cud İspaniyanın "Real Madrid" komandasında çıxış edir.
Bütün xəbərlər Facebook səhifəmizdə