İspaniyanın "Real" klubu Niderland təmsilçisi "Ayaks"ın gənclər sistemindən 16 yaşlı mərkəz yarımmüdafiəçisi Abdella Uazanı transfer etməyə yaxındır. SİA-nın AS nəşrinə istinadən məlumatına görə, “Ayaks” mərakeşli futbolçuya müqavilə müddətini uzatmaq üçün üç dəfə təklif etsə də, o, bundan imtina edib.
İyunun 30-da Uazanın azad agent olacağı, ona görə də İspaniya nəhənginə pulsuz keçə biləcəyi vurğulanır.
Qeyd edək ki, A.Uazan 2016-cı ildən "Ayaks" sistemində çıxış edir. Yarımmüdafiəçi ötən mövsüm bütün turnirlərdə 20 matçda iştirak edib, 7 qol vurub və bir məhsuldar ötürmə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə