Azərbaycanın U-21 millisi Sumqayıtda Monteneqro ilə qarşılaşacaq

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışı çərçivəsində bu gün növbəti yoxlama görüşünü keçirəcək. SİA-nın məlumatına görə, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Monteneqronun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Matçın start fiti saat 20:00-da səsləndiriləcək.

Qeyd edək ki, U-21 iyunun 4-də Baranoviçi şəhərində Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə münasibətləri aydınlaşdırıb. Oyun meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə