Ronaldu klublararası dünya çempionatında iştirak etməyəcəyini açıqlayıb

Portuqaliya millisinin ulduz futbolçusu Kriştianu Ronaldu bu il ABŞ-də keçiriləcək klublararası dünya çempionatında iştirak etməyəcək. SİA xəbər verir ki, 40 yaşlı hücumçu bu barədə mətbuat konfransında açıqlama verib.

Təcrübəli forvard bir neçə klubdan dəvət aldığını da təsdiqləyib:

"Çoxsaylı dəvətlərə, təkliflərə baxmayaraq klublararası dünya çempionatında iştirak etməyəcəyim dəqiqləşib. Müzakirələr, təmaslar olub. Lakin biz qısa, orta və uzunmüddətli perspektivdə düşünməliyik".

Qeyd edək ki, klublararası dünya çempionatı iyunun 15-dən iyulun 13-dək keçiriləcək. Ronaldunun çıxış etdiyi Səudiyyə Ərəbistanının "Əl-Nəsr" komandası turnirə qatıla bilməyəcək. Portuqaliyalı futbolçunun klubu ilə müqaviləsi iyunun 30-da başa çatır. Lakin tərəflərin yeni sözləşmə imzalayacağı ehtimal olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə